Saat

Təqvim

«    Avqust 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Reklam1

demo4

Reklam2

Reklam3

“AZ Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti Haqqında:

“AZ Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət 2007 ci ildə Elmin Xansafa oğlu Şükürov tərəfindən təsis edilmiş və Həmin ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində ( İBŞ) Tərəfindən Dövlət Qeydiyyatına alınmış ,Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər idarəsində, DSMF-du və Statistika İdarəsində Qeydiyyata düşmüşdür.
2011 ci ildə isə “AZ Dizayn İnşaat” MMC nin cavabdehlik və sərəncam hüququları Əkbərov Samir Zaməddin oğluna həvalə edilmiş.
Hal hazırda Əkbərov Samir Zaməddin oğlu AZ Dizayn İnşaat MMC nin Baş Drektoru vəsifəsinidə icra edir.
Qanunvericiliyə uyğun olaraq Nizamnamənin tələbləri ilə “AZ Dizayn İnşaat” MMC nin Fəaliyyət sahəsi Azərbaycan və həmçinin MDB ərazisini əhatə edir.

“AZ Dizayn İnşaat” MMC – nin başlıca Xidmət sahələri.

1.Tikinti ( Şəxsi evlərin, villaların qeyri yaşayış obyektlərinin tikintisi)
2.Təmiri (Şəxsi evlərin, villaların qeyri yaşayış obyektlərinin təmiri)
3.Dizayn (Şəxsi evlərin, villaların qeyri yaşayış obyektlərinin dizaynlarının hazırlanması )
4.Plan və eskizlərin hazırlanması maya dəyərinin hesablanılması


“AZ Dizayn İnşaat” MMC nin məsul şəxslərinə suallarımız.


"AZ Dizayn İnşaat" MMC nin təsiscisi Elmin Şükürova suallarımızı.

“AZ Dizayn İnşaat” MMC ni təsis etmək zərurəti nə idi, nə üçün məhs tikinti sahəsi?

İlk önçə sualınızın ilk hissəsinə cavab olaraq qeyd edirəm ki, zərurət ehtyacdan yaranır bu Cəmiyyətə ehtiyac oldu və zərurətdə ondan yarandı. Sualın ikinci hisəsinə gəldikdə isə bəlkədə bu oxuculara o qədərdə inandırıcı görünməsin, amma tikinti sahəsini seçmək məqsədim həmvətənlərimizin mənzil təminatının ödənilməsi üçün bu sektorda qiymətləri aşağı salmaqdan ibarətdir. Daha dəqiq desəm rəqabət nəticəsində bütün tikinti sektorları qiymətləri aşağı salmağa məcbur olacaq.

Sizin dediylərinizdən elə qənaitə gəlmə olarmı ki, sizin məqsədiniz gəlir əldə etmək deyi, bu belədirmi?

Yox bunu təsdiq etməklə ədalətsizlik etmiş olaram, siz qeyd etdiyiniz kimi deyil, qazanc olmalıdır, Cəmiyyəti saxlamaq üçün gəlir vacibdir , digər bir səbəb bizimdə yaşamaq üçün pula ehtiyacımız var. Biz "AZ Dizayn İnşaat" MMC qazanclarını minumuma endirməyə bununla yanaşı hər bir vətəndaşımızın maddi imkanlarını və istəklərini nəzərə almağa çalışmışıq, B ununda nəticəsində qiymətləri də minumum dərəcədə aşağı salmağa nail olmuşuq (əsasən tikinti sahəsində). Bu da son deyil biz yenədə qiymətləri aşağı endirmək üçün işləyirik.

Elmin müəllim nədən Bütün səlahiyyətlərin Samir Əkbərova verilməsi qərarına gəldiniz ?

Doğrudur bir səlahiyyət istisna olmaqla bütün Səlahiyyətləri tam olaraq yoldaş Əkbərova həvalə etmişəm burada iki səbəb var 1. Əkbərov tikinti və təmir sektorunu gözəl bilir və bununla yanaşı dürüst insandır. 2. Bildiyiniz kimi Mən “Humanist Gənclər” İctimai birliyinin İdarə Heyətinin Sədriyəm iki işin öhtəsindən gəlmək çətindi.

“AZ Dizayn İnşaat” başqa tikinti şirkətlərindən üstünlüyü və yeniliklər varmı?

Bu sualı Daha ətrafl Əkbərov cavablandıra bilər yeniliklərlə bağlı bir neçə layihə üzərində işləyirik. Üstünlüyə gəldikə isə bircə bunu qeyd edə bilərəm ki, biz qiymətlərlədəki minimallıqlada keyfiyyətlədə tikinti sektorunda olan şirkətlərdən fərqlənirik.


“AZ Dizayn İnşaat” MMC nin Baş Drektoru Samir Əkbərova sullarımız.

Samir müəllim ümumilkdə Sizin fəaliyyət öznüzü qani edirmi və tikinti sektorunda nə üstünlüklər əldə etmisiniz?

Qeyd etmək istərdim ki, dörd ildir təsis edilən “AZ Dizayn İnşaat” MMC bu dörd il müddətində bütün gücünü iş əldə etməyə deyil vətəndaşlarımıza münasib xidmət göstərmək və uçuz qiymət əldə etmək üçün çalışıb. Bu müddət ərzində biz bütün imkanlardan istifadə edərək hər kəsə sərf edə biləcək bir nəaliyyət əldə edə etməyə çalışmışıq, hələ qarşıda görüləsi çox işlərimiz var tam qane edir diyə bilmərəm, amma irəlləyişlərimiz var işimiz öz bəhrəsini verir. O ki, qaldı işimizə yeni layhələrlə 2012 ci ildən başlamaqa qərar vermişik sərfəli qiymət yüksək keyfiyyət zəmanəti ilə.

Samir müəllim üstünlükləriniz nədən ibarətdir?

Üstünlüyləri biz yox sizlər daha yaxşı görə bilərsiniz, kənardan hər şey daha aydın görünür, bunu qeyd edə bilərəm ki, biz hazır evləri (bütün matiriallarla birlikdə təmirdə daxil olmaqla) 16 min manatdan başlayan qiymətlərlə təklif edirik fikirimcə bu tikinti sektorunda üstünlük kimidə qiymətləndirilə bilər. Amma buda son deyil qiymətləri aşağı endirə bilmək üçün var qüvvəmizlə çalışırıq.

Samir müəllim yeniliklər gözlənilirmi ?

Bəli, biz banklarla danışıqlar aparırıq, mənzilləri kredit vasirəsi ilə ərsəyə gətirə bilək. Vətəndaşlarımıza sərf edə biləcək təklifləri hansı bankdan ala bilsək o bankla işləyəcəyik.

Samir müəllim sizə işinizdə uğurlar arzulayıram.

Təşəkkür edirəm sağ olun.


Ardı var...

Sorğu

Bəzi saytlar






Reklam4

demo4